ONN İnformasiya Agentliyi

Castin Biberdən evlilik xəbərinə CAVAB

Castin Biberdən evlilik xəbərinə CAVAB
20 Oktyabr 2018 - 3:34

Müğənni Castin Biber model Hayli Baldvinlə Los-Ancelesdə kafelərdən birindən çıxarkən görüntülənib.

ONN media xəbər verir ki, ifaçı jurnalistlərin suallarını cavablandırıb. O, “Hayli ilə evlədiyiniz doğrudurmu?” sualına “Bəli, evləndim” deyə cavab verib.

Məlumat üçün bildirək ki, ötən ay 24 yaşlı modellə 26 yaşlı müğənni Nyu-Yorkda nikah haqqında şəhadətnamə verilən məhkəmə binasından çıxarkən görüntüləniblər. Onların rəsmi nikah bağlanması barədə xəbər yayılsa da, sonradan Hayli “Instagram” səhifəsində məlumatın yalan olduğunu qeyd edib. Lakin modelin əmisi, aktyor Alek Bolduin də qardaşı qızının Biberlə evləndiyini təsdiqləmişdi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png