ONN İnformasiya Agentliyi

Çexiyanın yeni baş naziri BU ŞƏXSDİR

Çexiyanın yeni baş naziri BU ŞƏXSDİR
28 Noyabr 2021 - 18:19

Çexiyadakı “Birlikdə” İttifaqının və sağçı liberal Vətəndaş Demokratik Partiyasının lideri Petr Fiala Prezident Miloş Zeman tərəfindən ölkənin baş naziri təyin edilib.

ONN media  xəbər verir ki, əvvəlcə cümə günü keçirilməsi gözlənilən, lakin Zemanın koronavirus testinin müsbət çıxması səbəbindən bu günə təxirə salınan görüşdə siyasi liderlər bir-birindən şəffaf arakəsmə ilə ayrılıb.

Çexiya Prezidentinin Praqadakı iqamətgahında təntənəli mərasim keçirilib.

Qeyd edək ki, oktyabrın 8-9-da Çexiyada parlament seçkiləri keçirilib. Oktyabrın 10-da baş nazir Andrey Babişlə iqamətgahında görüşdən sonra Miloş Zeman xəstəxanaya yerləşdirilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png