ONN İnformasiya Agentliyi

Çində yenidən koronavirus yayılır – Hərbi vəziyyət ELAN EDİLDİ

Çində yenidən koronavirus yayılır – Hərbi vəziyyət ELAN EDİLDİ
14 İyun 2020 - 12:40

Çinin paytaxtı Pekinin Fentay rayonundakı bazarda bir gün əvvəl koronavirus aşkarlandığı üçün hərbi vəziyyət elan edilib.

ONN media  xəbər verir ki, şəhərin ən böyük topdansatış mərkəzlərindən olan “Sinfadi”də koronavirus infeksiyası aşkar edilib.

Rayon rəhbərliyinin sözçüsü Çu Çzyunveyin sözlərinə görə, bazarda testdən keçirilən 517 nəfərin 45-də yoluxma müşahidə edilib.

Bundan əlavə, yeni koronavirus infeksiyası fonunda Pekin İdman Yarışları İdarəetmə Mərkəzi bütün idman tədbirlərini ləğv edib. Mərkəz bunun vətəndaşların sağlamlığını təmin etmək üçün hazırlanan təhlükəsizlik tələbləri ilə əlaqədar olduğunu bildirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png