ONN İnformasiya Agentliyi

Daha bir türk gəmisinə hücum edildi

Daha bir türk gəmisinə hücum edildi
01 Dekabr 2020 - 11:10

Qvineyanın paytaxtı Konakri şəhəri yaxınlığında Türkiyə bayrağı altında üzən “Tango Rey” gəmisinə hücum olub.

ONN media  xəbər verir ki, məlumatı “Maritime Bulletin” adlı dənizçiliklə bağlı xəbər portalı yayıb.

Bildirilib ki, gəmi 30 noyabr gecəsi dəniz quldurları tərəfindən ələ keçirilib. Xəbərdə hazırda quldurların gəmidə olduğu vurğulanıb.

Səlahiyyətli şəxslərdən məsələ ilə bağlı hələ ki açıqlama gəlməyib.

Qeyd edək ki, daha əvvəl Aralıq dənizində Avropa İttifaqının keçirdiyi “İrini” əməliyyatlarında türk bayraqlı ticarət gəmisində qanunsuz axtarışlar aparılmışdı.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png