ONN İnformasiya Agentliyi

Ermənistanda daha 16 nəfər koronavirusdan öldü

Ermənistanda daha 16 nəfər koronavirusdan öldü
16 İyun 2020 - 1:02

Ermənistanda son sutka ərzində daha 397 nəfərdə koronavirus aşkarlanıb, 16 pasiyent vəfat edib.

ONN media  bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 17 064-ə, bu virusdan ölənlərin sayı isə 285-ə yüksəlib.

Bundan əlavə, indiyədək 6 276 nəfər sağalıb və xəstəxanalardan evə buraxılıb. Tibb müəssisələrində 10 503 pasiyentin müalicəsi davam etdirilir. Onlardan 10-nun vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, Ermənistanda koronavirus pandemiyası səbəbindən martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi iyulun 13-nə qədər uzadılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png