ONN İnformasiya Agentliyi

Ermənistanda hərbçi müəmmalı şəraitdə ÖLDÜ

Ermənistanda hərbçi müəmmalı şəraitdə ÖLDÜ
09 Fevral 2021 - 22:57

Ermənistanın şimal-şərqindəki hərbi hissələrdən birində müddətdən artıq hərbi qulluqçu, 1994-cü il təvəllüdlü Edvard Karlenoviç Kirakosyan müəmmalı şəraitdə ölüb.

ONN media  xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, hadisə fevralın 8-də saat 12:40 radələrində mühafizə olunan ərazidə baş verib.

27 yaşlı Kirakosyan Tavuş vilayəti hərbi komissarlığında xidmətə götürülüb.

Ermənistan Müdafiə Nazirliyi hərbçinin doğma və yaxınlarına, eləcə də xidmət yoldaşlarına başsağlığı verib. Hərbçinin ölüm səbəblərinin araşdırılacağı bildirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png