ONN İnformasiya Agentliyi

“Falcon Heavy” raketi fəzaya buraxılıb

“Falcon Heavy” raketi fəzaya buraxılıb
07 Fevral 2018 - 14:57

"SpaceX” kompaniyası Kanaveral burnundakı kosmodromdan super-ağır "Falcon Heavy” daşıyıcı raketini uğurla kosmosa çıxarıb.

ONN media Xezer Xebere istinadla xəbər verir ki, "Falcon 9” daşıyıcı raketinin ilk pillələri "Falcon Heavy”nin yan sürətləndiriciləri qismində təkrar istifadə olunub. Onların hər ikisi uğurla yerə enib. Üçüncü sürət bloku İlon Maskın "Tesla Roadster” avtomobilini Marsa çatdırmalıdır. Startdan bir neçə dəqiqə sonra avtomobilin salonunda Devid Bouinin "Life on Mars?” mahnısı səslənməyə başlayıb. Sükan arxasında maneken qoyulub. Kompüterdə belə bir yazı var: "Yer insanları tərəfindən hazırlanıb” (hər ehtimala qarşı). Avtomobilin kosmosda milyard il qalacağı bildirilir.

Uğurlu startdan sonra "SpaceX” kompaniyası növbəti ambisiyalı layihəsinin icrasına başlaya bilər. Belə ki, ilin sonuna qədər "Falcon Heavy” daşıyıcı raketi idarəolunan "Dragon V2” kosmik gəmisini iki sərnişinlə birgə fəzaya buraxmalıdır. O, Ayın ətrafında dövrə vuraraq Yerə qayıdacaq.

Qeyd edək ki, "Falcon 9” daşıyıcı raketinin bazasında yaradılan "Falcon Heavy” kosmik yük gəmisi maye yanacaqlı "Merlin” mühərrikləri sayəsində yerətrafı orbitə təxminən 64 ton, Marsa 17 ton, Plutona isə 3,5 ton yük çıxara bilər. 3 sürətləndirici və 27 mühərriklə təchiz olunan raketin dartma qüvvəsi 2 milyon kiloqrama bərabərdir.

ABŞ Prezidenti Donald Tramp super-ağır "Falcon Heavy” raketinin uğurlu buraxılışı münasibətilə İlon Maskı təbrik edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png