ONN İnformasiya Agentliyi

İki konfet oğurlayan şəxsə AĞIR CƏZA VERİLƏCƏK

İki konfet oğurlayan şəxsə AĞIR CƏZA VERİLƏCƏK
13 Dekabr 2020 - 11:20

Slovakiyada mağazadan iki şokolad konfet oğurlayan kişi buna görə 10 il həbs cəzasına məhkum edilə bilər.

ONN media  xəbər verir ki, bu barədə “TV Markíza” telekanalı məlumat yayıb.

Koronavirus pandemiyası səbəbindən ölkədə tətbiq olunan fövqəladə vəziyyət rejimi ilə əlaqədar prokurorluq həmin şəxsə məhz belə bir cəza verilməsini tələb edir. Eyni zamanda, həmin şəxsin yaxınları belə bir cəzanın törədilmiş cinayət faktına uyğun gəlmədiyini düşünürlər. Onlar kömək üçün Slovakiya prezidenti Zuzana Çaputovaya müraciət etməyi planlaşdırırlar.

Bildirilir ki, oğurlanmış konfetlərin qiyməti bir neçə avro olub. Bundan əlavə, həmin kişi oğurluqdan sonra hadisə yerindən qaçmağı da bacarmayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png