ONN İnformasiya Agentliyi

Koronadan ölənlər üçün köhnə qəbirlər boşaldılır?- ŞOK

Koronadan ölənlər üçün köhnə qəbirlər boşaldılır?- ŞOK
14 İyun 2020 - 3:16

Ən çox koronavirusa yoluxma halı qeydə alınan ölkələrdən olan Braziliyada qəbiristanlıqlarda yer olmaması səbəbindən köhnə qəbirlərdən ölülərin qalıqları çıxarılaraq konteynerlərdə saxlanılacaq.

Bu barədə məlumatı Braziliya mətbuatı yayıb. Bildirilib ki, yoluxmanın durmadan artdığı Sao Pauloda ən azı 3 il əvvəl dəfn edilən şəxslərin qalıqları yaxınlarının nəzarəti ilə qəbirlərdən çıxarılaraq konteynerlərdə saxlanılacaq. Kimsəsizlərin qalıqları isə qaydalara uyğun şəkildə yox ediləcək.

Hər birinə 20 cənazə qalığı sığan yeni konteynerlərdən 15 gün ərzində istifadə edilməsi planlaşdırılır.

Qeyd edək ki, 12 milyon əhalisi olan Sao Pauloda koronavirusdan 5 min nəfərdən çox adam ölüb və 86 mindən çox şəxs virusa yoluxub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png