ONN İnformasiya Agentliyi

Məşhur aktrisa DÜNYASINI DƏYİŞDİ

Məşhur aktrisa DÜNYASINI DƏYİŞDİ
04 Noyabr 2019 - 1:58
Fransız aktrisa və müğənni Mari Lafore İsveçrədə vəfat edib.

ONN media APA-ya istinadən xəbər verir ki, bu barədə “Point” nəşri aktrisanın ailəsinə istinadən məlumat yayıb.

Aktrisa 80 yaşı qeyd olunduqdan bir ay sonra vəfat edib. M. Laforenin ölümünün səbəbi açıqlanmır.

Qeyd edək ki, əsl Adı Maytena Mari Brijitt Dumenak olan aktrisa 1960-cı ildə rejissor Rene Klemanın “Parlaq günəşdə” filmində Alen  Delonla birgə çəkilib. M. Lafore ifa etdiyi mahnılarla da məşhurdur. Həmin mahnılar sırasında Fransua Ozonun çəkdiyi “8 qadın” filmində səsləndirilən “Mon amour, mon ami”, o cümlədən “Viens, viens”, “Manchester et Liverpool” və digərləri var.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png