ONN İnformasiya Agentliyi

Nikahla bağlı yeni qaydalar TƏTBİQ EDİLƏCƏK

Nikahla bağlı yeni qaydalar TƏTBİQ EDİLƏCƏK
14 İyun 2020 - 9:35

Türkiyədə iyunun 15-dən etibarən nikah, iyulun 1-dən isə toy mərasimlərinin keçirilməsinə icazə veriləcək. Amma bu mərasimlər xüsusi qaydalar çərçivəsində keçiriləcək.

ONN media  xəbər verir ki, bununla bağlı Türkiyənin Daxili İşlər Nazirliyi tərəfindən bir sıra qərarlar qəbul olunub. Bu qərarlara əsasən, ilk növbədə, mərasim zamanı bir neçə nəfərin bir yerdə toplanaraq ailə fotosu çəkdirməsinə icazə verilməyəcək.

Cütlüklər də daxil olmaqla hər kəs maska taxacaq. Ümumiyyətlə, mərasimlərin havalandırma sistemi olan məkanlarda və ya açıq havada olduqca qısa zaman ərzində keçirilməsi nəzərdə tutulur.

Bundan əlavə, mərasim keçirilən zaman masalar arasında 1,5 metrlik ara məsafəsi tətbiq olunacaq.

Şənliklərdə iştirak edənlərin sayı isə ərazinin kvadratmetrinə görə hesablanacaq, qonaqların hərarəti ölçüləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png