ONN İnformasiya Agentliyi

Ova gedərkən ovlandılar

Ova gedərkən ovlandılar
06 İyul 2018 - 12:57

Şirlər meşədə brokonyerliklə məşğul olan ovçuları yeyib.

ONN media xəbər verir ki, hadisə Güney Afrikada təbii mühafizə altında olan ərazidə baş verib. İki brokonyer əraziyə daxil olduqdan dərhal sonra şir sürüsü tərəfindən öldürülüb və yeyilib. 

Ərazidə ovçuların ancaq sümükləri tapılıb. Bəzi təxminlərə görə, onlar iki yox, üç nəfər olublar. 

Məlumata görə, brokonyerlər meşəyə gərgədan buynuzu üçün gediblər. Çin, Vyetnam və digər Asiya ölkələrində gərgədan buynuzunun cinsi gücü artırdığı inancı var və ona tələbat getdikcə artır. 

Təbiəti Mühafizə İdarəsindən verilən məlumata görə, brokonyerlərin sümüklərini toplamaq üçün bir neçə şir narkotik vasitəylə zərərsizləşdirilib. 

Mühafizə altındakı ərazidəki gərgədanlardan 6-ı bu il ərzində vurulub. Ümumilikdə isə, son 10 ildə Güney Afrikada mindən çox gərgədan  qanunsuz ovlanıb. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png