ONN İnformasiya Agentliyi

Paşinyan Putinə niyə yalvardı?

Paşinyan Putinə niyə yalvardı?
11 Sentyabr 2018 - 16:33

Rusiya prezidenti Vladimir Putin sentyabrın 8-də Ermənistanın baş naziri Nikol Paşinyanı Moskvada qəbul etdi. Tərəflər görüşlə bağlı diplomatik açıqlamalar versələr də, bağlı qapılar arxasında keçirilən danışıqların detalları gizli olaraq qalır.

ONN media xəbər verir ki, “Qraparak” qəzeti danışıqların təfərrüatları ilə bağlı məlumat əldə edib.

Qəzet Rusiyadakı mənbələrə istinadən yazır ki, bağlı qapılar arxasında Paşinyan Putinin etibarını qazanmaq üçün hər şeyi edirdi.

“Paşinyan Putini öz niyyətlərinin təmizliyinə inandırmağa və onun etibarını qazanmağa çalışırdı. O, Rusiya ilə əməkdaşlıq etməyə və problemi məsələlərdə güzəştə getməyə hazır olduğunu bildirdi. Əgər problem hökumətdə “Amerika təsir agentləri”dirsə, o zaman Paşinyan onları əvəz etməyə söz verdi”, – deyə qəzet yazır.

Qəzet qeyd edir ki, Rusiyanın “ABŞ agenti” hesab etdiyi kadrların başında Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dayanır: “Yanvara qədər bəzi kadr dəyişikliklərinin olacağı gözləniləndir”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png