ONN İnformasiya Agentliyi

Polisə müqavimət göstərən şəxs QƏTLƏ YETİRİLDİ

Polisə müqavimət göstərən şəxs QƏTLƏ YETİRİLDİ
14 İyun 2020 - 11:22

ABŞ-da daha bir nəfər polis tərəfindən qətlə yetirilib.

ONN media  xəbər verir ki, Corciya ştatının Atanta şəhərində fast-fud restoranlarından birinin qarşısındakı parkinqdə avtomobildə yuxuya gedən 27 yaşlı Rayshard Bruks barədə polisə müraciət edilib. Ərazidəki digər avtomobillərin hərəkətinə mane olan qaradərili Bruksu avtomobilini kənara çəkməsi üçün xəbərdarlıq edilib. Bu zaman münaqişə yaranıb və gənc oğlan qaçmağa çalışıb. Bundan sonra polis əməkdaşı qaçmaq istəyən Bruksu saxlamaq üçün şok tapançası ilə atəş açıb. Ağır xəsarət alan sakin xəstəxanaya çatdırılsa da, vəfat edib.

Corciya ştatının polis idarəsi hadisə barədə məlumat yayıb. Bildirilib ki, park etdiyi avtomobildə yatan gənci alko-test etmək istəyən polis müqavimətlə qarşılaşıb. Lakin bundan sonra R.Bruks ərazidən qaçmağa çalışıb və polis onu saxlamaq qərarına gəlib.

Hadisə barədə araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png