ONN İnformasiya Agentliyi

Rəsmən təsdiqləndi: Rusiyaya yeni sanksiyalar olacaq?

Rəsmən təsdiqləndi: Rusiyaya yeni sanksiyalar olacaq?
19 Aprel 2021 - 19:58

Avropa Birliyi hazırda Rusiyaya qarşı yeni sanksiyalar hazırlamır.

ONN media  xəbər verir ki, bu açıqlama ilə Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell çıxış edib.

Borrell Donbasdakı gərginlik və Rusiyanın çex səfirləri qovmasının nazirlərin toplantısında müzakirə edildiyini və heç kimin sanksiya tərəfdarı olmadığını vurğulayıb.

Eyni zamanda, Borrell bildirib ki, Avropa Birliyi ilə Rusiya arasındakı münasibətlər düzəlməyib, gərginlik müxtəlif istiqamətlərdə artıb.

Qeyd edək ki, aprelin 16-da yayılan məlumatda da AB-nin Rusiyaya qarşı yeni sanksiya hazırlamadığı xəbəri yayılmışdı.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png