ONN İnformasiya Agentliyi

Rus hərbçilər Çernobılda radiasiyaya məruz qaldı- Hamısı xəstəxanalıq oldu

Rus hərbçilər Çernobılda radiasiyaya məruz qaldı- Hamısı xəstəxanalıq oldu
02 Aprel 2022 - 17:16

Martın 31-i “AFP” və “CNN” kimi bir sıra dünya KİV-i Rusiya qoşunlarının Ukraynada Çernobıl Atom Elektrik Stansiyasının ərazisini tərk etdiyini yazıb. Rusiyalı hərbçilər müharibənin ilk günü, yəni fevralın 24-ü Çernobıl AES-ə nəzarəti ələ keçirmişdi. 

ONN media  Qafqazinfo-ya istinadən xəbər verir ki, AES-in ərazisini tərk edən rusiyalı hərbçilərin Belarusla sərhədə tərəf getdiyi qeyd olunub.

Rusiyalı hərbçilərdən ibarət iki kolonun Belarusla sərhədə yollandığını yayan qurumlar arasında Ukraynanın “Enerqoatom” şirkəti də olub. Şirkət iddia edir ki, Çernobılda olan rusiyalı hərbçilər “Qırmızı meşə” adlanan ərazidə xəndək qazdıqlarından yüksək dozada radiasiyaya məruz qalıblar. Bildirilir ki, “Qırmızı meşə” adlı ərazi Çernobılda radiasiyanın təsirinə ən çox məruz qalmış hissələrdən biri hesab olunur. 

Bununla yanaşı, Belarus teleqram kanallarında yayılan məlumata görə, içərisində rusiyalı hərbçilər olan bir neçə avtobus ölkənin Qomel şəhərindəki şüadan müalicə mərkəzinə gəlib. 

Rusiya Müdafiə Nazirliyi hələlik bu barədə açıqlama verməyib. Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) isə Çernobılda rusiyalı hərbçilərin şüalanmaya məruz qalması barədə məlumatının olmadığını bildirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png