ONN İnformasiya Agentliyi

Rüsvayçı “ordu günü” görüşü: Nikola söydülər…

Rüsvayçı “ordu günü” görüşü: Nikola söydülər…
03 Fevral 2021 - 14:56

Ermənistan mətbuatı bu ölkənin Müdafiə Nazirliyində yanvarın 28-də baş nazir Nikol Paşinyanın iştirakı ilə baş tutmuş və az qala əlbəyaxa davaya çevriləcək görüş haqda yazıb. Bildirilir ki, həmin gün Ermənistan məğlub ordunun yaradılmasının ildönümü edib və baş nazir Paşinyan da bu münasibətlə ordunun yüksək komandan heyəti ilə görüşmək üçün Müdafiə Nazirliyinə yollanıb.

ONN media xəbər verir ki, bu barədə “Qraparak” (“Meydan”) qəzeti yazıb.

Qeyd olunub ki, Müdafiə Nazirliyindəki mənbələr həmin görüşün heç də hamar keçmədiyini danışır. Belə ki, toplantının əsas hissəsi başa çatandan sonra məhdud çərçivədə generalların iştirakı ilə nazirliyin rəhbərlərindən birinin kabinetində ayrıca toplantı olub. Orada Paşinyan yüksək zabit heyətini müharibədəki məğlubiyyətə görə ittiham edib, bu da Baş qərargah rəisi Onik Qasparyanı bərk qəzəbləndirib. Qasparyan söyüş söyüb, qapını çırpıb və otaqdan çıxıb. Onun ardınca adamlar çıxıblar, yola gətiriblər və geri qaytarıblar.

Bu vaxt müdafiə naziri Vaqarşak Arutyunyan “çıxış etməyə” başlayıb, Paşinyana nümayiş etdirməyə çalışıb ki, situasiyaya nəzarət edir. Arutyunyan hədələyərək deyib ki, bu cür addımlar atanları cəzalandıracaq. Lakin bu zaman toplantıda iştirak edən yüksək rütbəli zabitlər dərhal ona yerlərindən müdaxilə ediblər, başa salıblar ki, səsini kəsib yerində otursun, çünki heç nəyi həll etmir. Söhbət o dərəcədə kəskinləşib ki, Nikol Paşinyan barışdırıcı rolunu üzərinə götürüb, özünün qızışdırdığı münaqişəni yatırmağa və yoluna qoymağa çalışıb.

Əlbətdə, Paşinyan baş verənləri “udmayıb”, insidentdən dərhal sonra Müdafiə Nazirliyinin rəhbərliyinə qarşı cinayət işinin qaldırılmasını tapşırıb. Birinci iş silah alınması üzrə başladılıb və həmin iş üzrə qalmaqallı silah alverçisi David Qalstyan istintaqa cəlb olunub. Amma tezliklə nazirliyin digər yüksək vəzifəli şəxslərinin barəsində də cinayət işinin qaldırılması gözlənilir.(virtualaz.org)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png