ONN İnformasiya Agentliyi

Təyyarə salonunda ruh görən mühafizəçi belə qaçdı — VİDEO

Təyyarə salonunda ruh görən mühafizəçi belə qaçdı — VİDEO
01 Noyabr 2018 - 19:58

“New York Post” nəşri yeni video çarx yayımlayıb.

ONN media xəbər verir ki, video çarx Mexiko hava limanında Fransisko Hernandes tərəfindən lentə alınıb. 32 yaşlı mühafizəçi gecə smenində işini bitirib boş təyyarənin yanından keçəndə qəribə səslər eşidib. Gecə saat üç radələri olub və Fransisko fənər və telefonla layneri yoxlamaq qərarına gəlib. O, əvvəlcə düşünüb ki, təyyarəyə dovşan girib. Sonradan görüb video çəkdiyi şey qorxu içində qaçmağa məcbur etdi.

Hernandes əvvəlcə tualet otağına baxır sonra isə sərnişin salonunu yoxlayır. O, səs eşidir və fənəri dəhlizin sonuna tuşlayır. Burada isə qara kölgə görünür. Hernandes kölgəyə baxmaq üçün ona yaxınlaşır. Buradan qara kölkə yenidən dəhlizin sonunda görünür və yoxa çıxır. İkinci dəfə isə kölgə yenidən görünür və mühafizəçi ona diqqətlə baxıb qaçmağa başlayır.(ölkə.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png