ONN İnformasiya Agentliyi

Tiflisin simvollarından biri təkrar satışa çıxarıldı – BU QİYMƏTƏ

Tiflisin simvollarından biri təkrar satışa çıxarıldı – BU QİYMƏTƏ
04 Fevral 2021 - 22:46

Gürcüstanın paytaxt Tiflisin simvollarından biri sayılan “səhənglər” təkrar hərraca çıxarılıb.

ONN media  xəbər verir ki, bu barədə ölkənin Dövlət Əmlakı Milli Agentliyindən bildirilib.

Məlumata əsasən, obyektin ilkin qiyməti 71,25 milyon lari (təxminən 22 milyon ABŞ dolları) təşkil edir.

Daşınmaz əmlak ötən ilin fevralında 95 milyon lariyə satışa çıxarılsa da, hərracda iştirak etmək istəyən olmayıb.

Qeyd edək ki, Tbilisinin mərkəzi Rike parkında yerləşən qeyri-adi üsluba malik kompleks 570 nəfərlik konsert zalından ibarətdir. Obyekt Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin təşəbbüsü ilə italyan memar Massimiliano Fuksasanın layihəsi əsasında 2012-ci ildə inşa olunub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png