ONN İnformasiya Agentliyi

Tramp iğtişaşlarla bağlı ƏMR VERDİ: “Güc tətbiq edin”

Tramp iğtişaşlarla bağlı ƏMR VERDİ: “Güc tətbiq edin”
31 Avqust 2020 - 10:22

“ABŞ-ın Demokratlar tərəfindən idarə olunan və cinayətkarlığın pik həddə olduğu şəhərlərdə iğtişaşları dayandırmağın yeganə yolu gücdür”.

ONN media xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Tvitter hesabında yazıb.

Bundan əvvəl də Tramp Portlanddakı iğtişaşlar fonunda nümayişləri yatırmaq üçün şəhər meri Ted Uilerə Milli Qvardiyanı şəhərə çıxarmağa tapşırmışdı.

Qeyd edək ki, Minneapolisdə afroamerikalı Corc Floyd sui-qəsdindən sonra başlayan etirazlar üçüncü aydır ki, Portlandda səngimək bilmir. Polis zaman-zaman baş verənləri qiyam olaraq elan edir və həbslər həyata keçirir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png