ONN İnformasiya Agentliyi

Tramp ÜST-ü ittiham etdi: Çinin əsiridir!

Tramp ÜST-ü ittiham etdi: Çinin əsiridir!
16 Aprel 2020 - 11:31

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çinin əsiridir.

ONN media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp mətbuat konfransında deyib.

O, ÜST-ün pandemiya ilə bağlı ört-basdır etdiyi məsələləri araşdırdıqlarını deyib:

“Nə baş verdiyini anlamağımız uzun çəkdi. Ancaq ÜST-ün Çində baş verənlərlə bağlı məlumatlı olduğunu hiss edirəm. ÜST ölkələrin sərhədlərini virusdan qoruya bilmədi. Bu, böyük bir səhv idi. Bəlkə də səhv deyildi və ÜST çox şey bilirdi. Mənə görə ÜST Çinin əsiridir və onların göstərişini yerinə yetirir”.

Qeyd edək ki, ABŞ lideri ötən gün ÜST-ə ayrılan maliyyə yardımının dayandırılması ilə bağlı göstəriş verib

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png