ONN İnformasiya Agentliyi

Türkiyə Qara dənizdə qaz kəmərinin inşasına başlayır – Tarix AÇIQLANDI

Türkiyə Qara dənizdə qaz kəmərinin inşasına başlayır – Tarix AÇIQLANDI
22 Noyabr 2021 - 22:04

Qara dənizin Türkiyə sektorundakı Sakarya qaz yatağına boru kəmərinin inşasına gələn ilin yazında başlanılacaq.

ONN media xəbər verir ki, bunu qonşu ölkənin enerji və təbii ehtiyatlar naziri Fateh Dönməz bildirib.

11-ci Türkiyə Enerji Zirvəsində çıxış edən nazir iyulda “Türkəli-2” quyusunda sınaqlar apardıqlarını, bu həftə isə gündəlik 650 min kubmetrlik debit olduğunu aşkarladıqlarını diqqətə çatdırıb: “Sakarya qaz sahəsində bütün mühəndislik çalışmalarını tamamlamışıq. Yüksək keyfiyyətli borular sifariş etdik”.

Xatırladaq ki, ötən il avqustun 21-də Prezident Rəcəb Tayib Ərdoğan Qara dənizdə böyük qaz yatağı kəşf etdiklərini, 2023-cü ilin əvvəlinədək yataqdan qaz hasilatına başlamaq niyyətində olduqlarını açıqlayıb. O, yataqdakı “Tuna-1″ bölgəsində 405 milyard kubmetr təsdiqlənmiş ehtiyatın olduğunu da qeyd edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png