ONN İnformasiya Agentliyi

Türkiyə turistlərin ölkəyə giriş qaydalarını dəyişdirir

Türkiyə turistlərin ölkəyə giriş qaydalarını dəyişdirir
11 Mart 2021 - 17:32

Türkiyə artıq bazar ertəsindən – martın 15-dən əcnəbilərin ölkəyə giriş prosedurunu dəyişdirəcək.

ONN media  xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyası (ATOR) böyük aviadaşıyıcıya istinadən məlumat verib.

İndi turistlərin xüsusi elektron anket doldurması lazımdır.

Türkiyə Səhiyyə Nazirliyi Türkiyəyə olan bütün uçuşlarda koronavirusun yayılmasına nəzarət etmək üçün kağız anketin doldurulması tələbini ləğv edir. Bu, tranzit səyahət edən qonaqlar üçün istisna təşkil ediləcək: onlar təyyarənin göyərtəsində bu sənədi doldurmalı olacaqlar.

Turistlər üçün yeni qaydalara görə, gələn bütün vətəndaşlar, o cümlədən Türkiyə vətəndaşları səyahətdən 72 saat əvvəl Səhiyyə Nazirliyinin saytında (//register.health.gov.tr) formanı doldurmalıdırlar. Bu sənədin həm çap olunması, həm də elektron cihaza (smartfon və ya planşet) yüklənməsi lazımdır.

Sənədi uçuşun həyata keçiriləcəyi hava limanında aviaşirkət əməkdaşına təqdim etmək lazımdır.

Türkiyə Səhiyyə Nazirliyinin saytında qeydiyyatdan keçərkən sistem işlək mobil telefonun məlumatlarını daxil etməyinizi tələb edir. Bundan sonra proqram turistə HES kodu verir. Bu kod ölkə üzrə hərəkət etmək üçün, hotellərdə giriş zamanı və bir sıra obyektlərə və tədbirlərə gedərkən lazım olacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png