ONN İnformasiya Agentliyi

Türkiyəli məşhur aktyorun əlini İT PARÇALADI

Türkiyəli məşhur aktyorun əlini İT PARÇALADI
10 İyun 2020 - 22:35

Aktyor Rüzgar Aksoya Türkiyədə bəslənməsi qadağan edilən Doqo Arqantino cinsi it hücum edib.

ONN media  xəbər verir ki, sənətçi evinin yanındakı parka Baki adlı itini gəzdirməyə çıxarıb.

Evə qayıdarkən qonşusunun saxladığı Doqo Arqantino cins iti görən Aksoy “İti bağlayın, mənə və itimə hücum edə bilər” deyib.

Amma heyvanın sahibi ona qulaq asmayıb. Qonşunun iti aktyorun heyvanına hücum edib. Aksoy onları ayırmağa çalışıb, amma it ona da hücum çəkib. Nəticədə sənətçinin əlini parçalayıb.

Dərhal xəstəxanaya aparılan Rüzgarın əlinə gips taxılıb. İki ay iş görməsi qadağan edilən aktyor məhkəməyə müraciət edərək qonşusundan şikayət ərizəsi yazıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png