ONN İnformasiya Agentliyi

Yaponiyada güclü zəlzələ baş verdi

Yaponiyada güclü zəlzələ baş verdi
27 Aprel 2024 - 16:24

Yaponiyanın Oqasavara adalarının qərbində, Honsyu adasının sahillərindən 700 km-dən çox məsafədə, Sakit Okeanda 6,9 bal gücündə zəlzələ baş verib.

ONN media-nın məlumatına görə, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, mənbə 540 km dərinlikdə yerləşir.

Yeraltı təkanlar Oqasavara adalarında hiss olunub, həmçinin Tokioda da kiçik təkanlar qeydə alınıb.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.

Yerli sakinlər sosial şəbəkələrdə zəlzələ anının görüntülərini paylaşıblar.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png