İsti aylarda dondurmanın ləzzəti və sərinliyindən ləzzət alan insanların bəzilərinə üzücü xəbərimiz var. Həkimlər bildirir ki, bu xəstəliyi olanlara dondurma qəti qadağandır. ONN media həmin siyahını təqdim edir: - Diabet xəstələri - Mədəaltı vəzi iltihabı olanlar - dondurmada olan həm müxtəlif yağlar, qatqılar, həm də soyuqluğu bu orqana mənfi təsir edir. - Öd kisəsi iltihabı olanlara - Qanda xolesterin səviyyəsi yüksəkdirsə - Qastrit, mədə və 12 barmaq bağırsağı xorası zamanı - mədə və bağırsaqda spazmlar yaradır - Miqren, baş ağrılarından əziyyət çəkənlərə - dondurma damarlarda spazm yaradır ki, bu da baş ağrısına təkan verir. - Beyin qan dövranı pozğunluğu olanlara - Dişlərində karies olanlara - Ürəyin işemik xəstəliyi olanlar - çox soyuq dondurma yeyəndə damarlarda spazm yaranır ki, bu da ürək tutmasına səbəb ola bilər. - 3 yaşa kimi uşaqlara - Laringit, faringit, haymorit olanlar - Boyun limfaları şişənlər
Bu şəxslərə dondurma yemək QƏTİ QADAĞANDIR

