Bakıda yanğın hadisəsi qeydə alınıb.
ONN media Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Pirallahı rayonunda ümumi sahəsi 80 m2 olan birmərtəbəli 4 otaqlı evin 2 otağı 40 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.