ONN İnformasiya Agentliyi

18 yaşlı tələbə dərmandan zəhərlənib

18 yaşlı tələbə dərmandan zəhərlənib
28 Mart 2019 - 9:20

Zaqatalada kollecdə oxuyan tələbə dərmandan zəhərlənib.

ONN media xəbər verir ki, Zaqatala şəhəri, S.Kazımov küçəsi, ev 80 ünvanında kirayədə yaşayan, 2001-ci il təvəllüdlü Balakən rayonunun Şanbul kənd sakini Zurnayeva Meysərət Nizami qızı zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Tibb müəssisəsindən bildirlib ki, M.Zurnayevaya lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşib, müalicəsi hazırda xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir.

Qeyd edək ki, M.Zurnayeva Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin tələbəsidir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png