Gənc Tamaşaçılar Teatrının aktyoru Elşən Hacıbabayevin avtomobilindən oğurluq edilib.
ONN media-nın məlumatına görə, aktyorun 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ailə üzvlərinə aldığı hədiyyələri ona məxsus “Hyundai Tucson” markalı avtomobilin şüşəsini sındıraraq götürüblər.
Bu barədə E.Hacıbabayev sosial şəbəkədə video paylaşaraq məlumat verib.
O, baş vermiş hadisə ilə bağlı polisə müraciət etdiyini bildirib.