Qaxda yanğın olub.
ONN media-nın FHN-nin saytına istinadən xəbər verir ki, yanğın rayonun Qum kəndində ümumi sahəsi 288 m2 olan ikimərtəbəli 6 otaqlı evdə baş verib. Nəticədə evin 2-ci mərtəbəsində otağın tavanı 10 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.