Xalq artisti Ramiz Novruzun oğlu Cavidan Novruz yüngül avtomobil qəzası keçirib.
ONN media xəbər verir ki, bu barədə Cavidan Novruz özü məlumat verib. “Bacanaqlar” serialında rol alan aktyor bildirib ki, hadisə səhər saatlarında baş verib və eyni saatda Ramiz Novruz da avtomobil qəzası keçirib:
“Hər kəs səhərini fərqli açır. Məndə də bu səhər belə açıldı. Dincəlin, bəzilərinin gözü aydın. Qəribədir ki, eyni saatda atamın da, mənim də maşınımı arxadan vurublar”.