Goranboy rayonunda 2 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
ONN media xəbər verir ki, rayonun Qızılhacılı - Boluslu yolunda minik avtomobili ilə motosikletin toqquşması nəticəsində 2 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.