DİN-nin mətbuat xidmətindən ONN media-ya bildirilib ki, Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini R.Əliyevin “VAZ-2106” markalı avtomobilini qaçırmaqda şübhəli bilindiklərinə görə saxlanılan şəhər sakinləri Sərxan Mahmudov, əvvəllər məhkum olunmuşlar - Tural Rüstəmov və Məcid Sultanovun digər cinayət əməllərinin də üstü açılıb.
Ətraflarında Baş Cinayət Axtarışı İdarəsi, Kəpəz və Nizami rayon polis idarələri əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə onların aprelin 12-də və 15-də şəhər ərazisində 3 avtomobildən akkumulyator, habelə digər “VAZ-2106” markalı avtomobilin dövlət qeydiyyat nişanlarını oğurlamaları da müəyyən edilib.
Araşdırma aparılır.