İyulun 8-də Gəncə şəhərindən şəhər sakini Elnur Həsənova məxsus “VAZ-2106” markalı avtomobil qaçırılıb.
DİN-dən ONN media -ya verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi, Gəncə ŞBPİ və Nizami (Gəncə) RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Elsevər Allahverdiyev Göygöl rayonu ərazisində avtomobillə birgə saxlanılıb.
Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.