ONN İnformasiya Agentliyi

Gəncədə sursat partladı: ölən var

Gəncədə sursat partladı: ölən var
17-12-2024, 14:16
Gəncədə bədbəxt hadisə baş verib.

ONN media xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən fərdi yaşayış evində qeydə alınıb.
1974-cü il təvəllüdlü A.Tağıyevin yaşadığı evdə "OF 843" markalı minaatan mərmisi ilə ehtiyatsız davranması nəticəsində partlayış olub. Nəticədə 50 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Məlumata görə, A.Tağıyev mərmini qoyun otaran zaman tapıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png