ONN İnformasiya Agentliyi

Salyanda güclü partlayış baş verib

Salyanda güclü partlayış baş verib
25-01-2025, 21:59
Salyanda yük avtomobilinin çəni partlayıb, xəsarət alanlar var.
ONN media xəbər verir ki, hadisə rayonun Şorsulu kəndində qeydə alınıb.
İlkin məlumata görə,“TIR”da qaynaq işləri aparılarkən ehtiyatsızlıqdan yük maşınının çəni partlayıb.
Hadisə nəticəsində rayonun Şorsulu kənd sakinləri, 1983-cü il təvəllüdlü Əliyev Paşa Cabbar oğlu və onun oğlu 2009-cu il təvəllüdlü Əlizadə Qismət Paşa oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.
Yanıq xəsarətləri alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Xəstəxanada ilkin tibbi yardım alan Q.Əlizadə Bakı xəstəxanalarından birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png