Azərbaycanda 6 nəfərin öldüyü qəzadan sonra qaçıb Türkiyəyə gedən TIR sürücüsü Yaqub Yazıcı 5 il sonra təslim olmaq üçün Bakıya qayıdıb. ONN media xəbər verir ki, 2011-ci ildə Ağstafada içərisində 8 nəfərin olduğu minik avtomobili Yaqub Yazıçının idarə etdiyi TIR-la toqquşub və qəzada 6 nəfər azərbaycanlı ölüb. TIR-ın sürücüsü hadisə yerini tərk edərək Gürcüstana, oradan isə Türkiyəyə qaçıb. Azərbaycanda aparılan istintaq minik avtomobilinin sürücüsünün sərxoş və sürücülük vəsiqəsinin olmadığını üzə çıxarıb. 38 yaşlı Yaqub Yazıçı Bakı məhkəməsinin qərarı ilə 10,5 il qiyabi həsb cəzası alıb. Daha sonra pnun haqqında İnterpolun qırmızı xətti ilə axtarış elan olunub. Ailəsinin sözlərinə görə, qəzadan sonra Artvindəki evinə dönən Yazıçı psixoloji problemlər yaşayıb, kabuslar görüb. Gecələri gözünə yuxu getməyən Yazıçı vicdan əzabına dözə bilməyib və hadisədən 5 il sonra Azərbaycana qayıdaraq polisə təslim olub. Hazırda Bakıda həbsxanada yatan Yazıçının 83 və 78 yaşlı valideynləri isə oğullarının qalan cəzasını ölkəsində çəkməsi üçün Türkiyə prezidentindən yardım istəyiblər. Xatırladaq ki, 2011-ci ildə 1967-ci il təvəllüdlü, Ağstafa rayonunun Qırlı kənd sakini Xalid Aslanovun Bakı şəhəri istiqamətində idarə etdiyi "VAZ-21011" markalı avtomobillə əks istiqamətdə hərəkətdə olan 1981-ci il təvəllüdlü, Türkiyə vətəndaşı Yaqub Yazıçının idarə etdiyi "Mercedes-Benz" markalı qoşqulu yük avtomobili toqquşub. Qəza nəticəsində "VAZ-21011"in sürücüsü və sərnişinlər - 2004-cü il təvəllüdlü Emin Aslanov, 2000-ci il təvəllüdlü Mətanət Aslanova, 2009-cu il təvəllüdlü Teymur Aslanov, 1929-cu il təvəllüdlü Güllüzar Aslanova, 1958-ci il təvəllüdlü Elza Aslanova hadisə yerində ölüb, 1980-ci il təvəllüdlü Xatirə Aslanova və 1986-cı il təvəllüdlü Aynurə Aslanova xəsarət alıblar.
Ailənin 6 üzvünü öldürüb qaçan - 5 il sonra vicdan əzabından...



Şəmkirdə AĞIR QƏZA: betonqarışdıran maşın minik avtomobilinin üstünə aşdı, sürücüsü...
Azərbaycanda ŞOKA SALACAQ OLAY
Yazıçı Cavi Dan İmadəddin Nəsimi haqqında roman yazır
Nobel mükafatı alan ilk türk yazıçı – Orxan Pamuk
Məşhur yazıçı xəstəxanaya yerləşdirildi
Əməkdar artist Yaqub Zurufçunun doğum günüdür
Mingəçevirdə bədbəxt hadisə- Gəlin maşını qəzaya düşdü
Koronavirusdan "ölən" şəxs 1 ay sonra evinə qayıtdı
Azərbaycanda maşınla 3 nəfəri öldürüb qaçdılar
DƏHŞƏTLİ CİNAYƏT: Azərbaycanlı kişi arvadını öldürdü sonra isə...
Bakıda məktəbli oğlan azyaşlını hədələdi və...
Bərdədə ağır yol qəzası olub
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 