Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
ONN media xəbər verir ki, hadisə rayonun Şəhriyar kəndində baş verib. Qeyd edək ki, kənd camaatını daşıyan qoşqu kanalın üzərindən keçərkən kanala aşıb. Hadisə nəticəsində 6 nəfər həlak olub. Yaralılar Şirvan rayon mərkəzi xəstəxanasına çatdırılıb. Ölənlər ana, iki qızı və yaxın qohumlardır.
Faktla bağlı CM-nin 263.3 maddəsi ilə cinayət işi açılıb.
Qeyd edək ki, qoşqu kənd sakinlərini pambıq tarlasına işləməyə apararkən qəzaya uğrayıb.