ONN İnformasiya Agentliyi

Oğuzda yol-nəqliyyat hadisəsi olub - YARALI VAR

Oğuzda yol-nəqliyyat hadisəsi olub - YARALI VAR
10-11-2020, 03:51

Oğuzda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. ONN media  bildirir ki, hadisə axşam saatlarında Oğuz rayonu ərazisində baş verib. Rayonun Qumlaq kənd sakini, 1978-ci il təvəllüdlü Əfqan Nurəddin oğlu Abdullayev idarə etdiyi "Opel" markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsinin qarşısına çıxan 2 camışı vurub. Nəticədə avtomobildə olan sərnişin, rayonun Dəymədərə kənd sakini, 1961-ci il təvəllüdlü Zərnigar Xəsil qızı Mustaqova xəsarət alıb. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qəbələ rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png