Bu gün Gəncə şəhərində təxmini sayı 200 nəfərə yaxın olan pozucu dəstə sabitliyi pozmaq, iğtişaş törətmək məqsədilə qeyri-qanuni aksiya keçirməyə cəhd göstərib.
Polis əməkdaşları qətiyyətli tədbirlər həyata keçirərək aksiyanın qarşısını alıb. 30-a yaxın iğtişaş iştirakçısı saxlanılıb. İki polis əməkdaşının cinayətkar dəsdə tərəfindən xəsarət aldığı bildirilir.
Hüquq-mühafizə orqanları vəziyyətə tam nəzarət edir.