Gürcüstan paytaxtında müxalifətin kütləvi etiraz aksiyası iyunun 23-də davam edib. ONN media xəbər verir ki, saat 19:00-da yüzlərlə insan parlamentin qarşısına toplaşıb. Təşkilatçıların sözlərinə görə, bu gün daxili işlər naziri Qeorqi Qaxariyanın deyil hökumətin də istefası, növbədənkənar parlament seçkilərinin keçirilməsi və iyunun 20-də keçirilmiş aksiyada saxlanılan 300-dən çox insanın azadlığa buraxılmasını tələb edəcəklər. Təşkilatçılar bacardıqca iğtişaş və qarşıdurmaya yol verməyəcəklərini bildirirlər. Hazırda parlamentin binası önündə minə yaxın insan toplaşıb. Onların sayı artır. Qeyd edək ki, etiraz aksiyası iyunun 20-də Tiflisdə keçirilən Pravoslav Parlament Assambleyasının iclasında Rusiyadan olan deputatların iştirakına etiraz əlaməti olaraq başlayıb. İyunun 20-də gecə polislə aksiya iştirakçıları arasında qarşıdurma yaranıb. Aksiya iştirakçıları parlamentin binasını ələ keçirməyə cəhd edib. Polis gözyaşardıcı qazdan, rezin güllələrdən və su sınağından istifadə edərək mitinqi dağıdıb. Qarşıdurma zamanı 80-ni polis, 31-i jurnalist olmaqla 240 nəfər yaralanıb. 300-dən çox insan polis tərəfindən saxlanılıb. Artıq baş verənlərə görə parlamentin sədri İrakli Kobaxidze istefa verib. Müxalifət tələbləri yerinə yetirilənədək aksiyanın davam edəcəyini bildirib.
Tiflisdəki aksiya ilə bağlı növbəti qərar



Tiflisdə gərginlik - Tələblər qəbul olunmasa...
Tbilisidə yenidən GƏRGİNLİK
Tbilisidə etiraz aksiyası zamanı 52 nəfər xəsarət alıb - YENİLƏNİB
Azərbaycanlılar Tiflisdə kütləvi etiraza hazırlaşır
Parlament binasının önündə gərginlik - GÜRCÜSTANDA
Tiflisdə eyni anda iki aksiya
Tiflisdə yenidən aksiya keçirilir
Erməni hərbçilərin qohumları etiraz aksiyası keçirir
Tbilisdə GƏRGİNLİK: Saxlanılanlar var
Gürcüstan parlamentinin qarşısında GƏRGİNLİK
Gürcüstanda fəallar bələdiyyə binasını ələ keçirməyə çalışdı
Tiblisdə GƏRGİNLİK - Etirazçılarla polis arasında qarşıdurma
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 