Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
ONN media APA-ya istinadən xəbər verir ki, Heydər Əliyev prospektində, keçmiş "Komsomol" dairəsi yaxınlığında "Opel", "Mercedes" markalı minik avtomobilləri ilə "Ford transit" mikroavtobusu toqquşub.
Hadisə yerinə təcili tibbi yardım maşını və yol polisi cəlb olunub. Xəsarət alanların olduğu bildirilir.