Tovuzda 3 yaşlı oğlan yanıq xəsarətləri alıb.
ONN media xəbər verir ki, 2015-ci il təvəllüdlü Əliyev Elvin Sabir oğlu valideynlərin diqqətsizliyi nəticəsində yanıq xəsarətləri alıb. Körpə Tovuz rayon Mərkəzin Xəstəxanasına gətirilib.
İlkin məlumata görə, uşağın vəziyyəti qənaətbəxşdir.