ONN İnformasiya Agentliyi

Sumqayıtda qadını maşın vuraraq öldürüb

Sumqayıtda qadını maşın vuraraq öldürüb
30-09-2018, 15:15


Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONN media xəbər veirr ki, 1959-cu il təvəllüdlü yerli sakin İbrahimova Sevil Əhmədağa qızı şəhərin 17-ci mikrorayonu ərazisində yolu qaçaraq keçərkən "RAV4" markalı "10-LU-121" dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulub.

Yaralı dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib.

Hadisəni törədən sürücü Elçin Allahverdiyev məsuliyyətə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png