ONN İnformasiya Agentliyi

Xarici vətəndaşlar avtomobil qəzasına düşdü

Xarici vətəndaşlar avtomobil qəzasına düşdü
9-10-2018, 04:54


Yevlax rayonunda yol qəzası baş verib. 

ONN media xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, KİA markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə Gürcüstan vətəndaşları olan üç nəfər  - Aleksi Qusaraşvili (1963), Vano Makaraşvili (1980) və Beşik Suxuşvili (1982) ağır yaralanıb. Avtomobilin sürücüsü, Sabirabad rayon sakini, 1987-ci il təvəllüdlü Rəsul Rüstəm oğlu Abışovun vəziyyəti isə qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.(report)

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png