ONN İnformasiya Agentliyi

Daşkəsəndə yük maşını aşıb- XƏSARƏT ALAN VAR

Daşkəsəndə yük maşını aşıb- XƏSARƏT ALAN VAR
23-12-2017, 19:28


Daşkəsəndə yük avtomobili aşıb.

ONN media xəbər verir ki, hadisə rayonun Çovdar kəndində baş verib.

Ağır tonnajlı yük avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində sürücü, Qaradağ rayon sakini, 1960-cı il təvəllüdlü Xələfov Xəlifalı Şahlar oğlu müxtəlif bədən xəsarətləri alıb. Ona tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir. Avtomobildə olan sərnişin isə xəsarətsiz ötüşüb.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png