ONN İnformasiya Agentliyi

3 avtomobili qaçıran şübhəli saxlanıldı

3 avtomobili qaçıran şübhəli saxlanıldı
3-11-2018, 19:25


Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Rəhimovun “TOFAŞ”, E.Soltanovun “VAZ-2106” və A.Mustafayevin “VAZ-2107” markalı avtomobillərini qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən ONN media -ya verilən məlumata görə, araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Füzuli Soltanov olduğu müəyyən edilib.

Şəxsi axtarış zamanı ondan metamfetamin, 1 ədəd gözyaşardıcı balon və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png