Daxili işlər orqanları tərəfindən narkotiklərə qarşı qətiyyətli mübarizə davam etdirilir. Oktyabrın 19-da bu istiqamətdə keçirilən tədbirlər nəticəsində 27 kiloqrama yaxın narkotik vasitə, həmçinin xeyli sayda güclü təsiredici psixotrop tərkibli həblər aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətindən ONN media -ya verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Gəncə şəhəri ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Elman Həsənovun evindən çəkisi 25 kiloqram 882 qram marixuana aşkar edilərək götürülüb.
Beyləqan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Qasımov saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitə aşkar edilib. Davam etdirilən tədbirlərlə onun yaşadığı evdən əlavə olaraq 1 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb.
Masallı RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Köçərli kənd sakini Tarix Gülverdizadənin idarə etdiyi “Mercedes” markalı avtomobildən 208 ədəd, şəhər sakini, əvvəllər məhkum olunmuş Cahid Bağırovdan isə 53 ədəd metadon həbləri aşkar edilərək götürülüb.
Davam etdirilən tədbirlərlə C.Bağırova həbləri satmaqda şübhəli bilinən Ərkivan qəsəbə sakini Səid Məmmədli də polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.



Polis son 6 gündə BÖYÜK ƏMƏLİYYAT KEÇİRDİ: 110 kiloqrama yaxın narkotik ələ keçirildi
Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarıldı
Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb
Külli miqdarda narkotik dövriyyədən çıxarılıb
Külli miqdarda narkotik götürülüb
Masallı polisindən əməliyyat: saxlanılanlar var
2 kiloqram narkotik dövriyyədən çıxarıldı
Gəncədə evdən 25 kilo narkotik tapıldı
Bir gündə 79 kiloqram narkotik dövriyyədən çıxarıldı
Polis əməliyyat keçirdi: SAXLANILANLAR VAR
Keçmiş məhkum 6 kq narkotiklə saxlanıldı
Külli miqdarda narkotik vasitə götürülüb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 