ONN İnformasiya Agentliyi

Minik avtomobili yük maşınına çırpıldı - Yaralılar var

Minik avtomobili yük maşınına çırpıldı - Yaralılar var
20-11-2018, 03:37


Hacıqabul rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

ONN media xəbər verir ki, Bakı-Qazaxmagistralının rayonun Padar kəndi ərazisindən keçən hissəsində “Dodge”markalı avtomobil qarşıda gedən “KamAZ” markalı maşına çırpılıb.

Nəticədə minik avtomobilində olan Masallı rayon Türkoba kənd sakini, 1983-cü il təvəllüdlü Abdullayev Yalçın Rövşən oğlu və maşında olan sərnişin müxtəlif bədən xəsarətləri ilə müvafiq olaraq Şirvan və Kürdəmirdəki xəstəxanalara yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

 

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png