Biləsuvarda yanğın baş verib.
ONN media Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 15 m² olan yardımçı tikilinin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Bitişik ev yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.